Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Meşəli kənd tam orta məktəbində "26 il Meşəlisiz" adlı tədbir keçirildi

0



  •         Xocalı rayon Meşəli kəndinin erməni qəsbkarları tərəfindən işğal edilməsinin 26-cı ildönümündə Meşəli kənd tam orta məktəbində "26 il Meşəlisiz" adlı tədbir keçirildi.
            Tədbirdə Xocalı rayon İHB-nın müavini, Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev, Xocalı rayon Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlham Kazımov, Meşəlinin ziyalı övladı, "Qarabağa aparan yol" qəzetinin baş redaktoru Əli Mahmud, Meşəli kənd sakinləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
            Əvvəlcə Vətən torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
            Tədbiri giriş sözü il açan Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlham Kazımov bildridi ki, bu gün Meşəli kəndinin işğalından 26 il ötür. Meşəli kəndinə bir neçə dəfə hücum olunsa da, düşmənlərin qarşısı qətiyyətlə alındı. 15 dekabr 1991-ci ildə ilk olaraq Cəmilli kəndi işğal olundu. Növbə Meşəli kəndinin işğalı idi. 1991-ci il 23 dekabr saat 07:00 radələrində qəflətən hücuma keçən erməni və rus birləşmələri hər cür silahdan atəş açaraq dinc sakinləri qətlə yetirirdilər. Qeyri-barəbər qüvvələrin olmasına baxmayaraq, kəndin cəsur oğulları ermənilərin kəndə girməyinə imkan vermədilər. Bir neçə saat atışmadan sonra bizim silah-sursatımız qurtardı və kəndi tərk etmyə məcbur olduq. Ermənilər kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vururdular. Qaragav kəndi tərəfdən möhkəm durun köməyə gəlirik qışqırtıları gəldi. Kosalar döyüşçüləri, Xocalıdan Tofiq Hüseynovun dəstəsi və Şuşadan "OMON" üzvləri köməyə çatdılar. Kəndi quldurlardan azad etdilər. Erməni quldurlarının Meşəli kəndinə təcavüzü nəticəsində 23 dekabr 1991-ci il tarixdə 25 nəfər şəhidimiz oldu.
            Meşəli kənd tam orta məktəbinin XI sinfində oxuyan Vəfa Nurməmmədova məruzə ilə Meşəli kəndinin coğrafi mövqeyi, füsunkar təbiəti, tarixi haqqında məlumat verdi.
            Sonra Meşəli kənd tam orta məktəbinin direkoru Alış Alışov və məktəbin tarix müəllimi Sabir Qasımov çıxışlarında vurğuladılar ki,  o vaxtkı hakimiyyətin səriştəsizliyindən, laqeydliyindən Meşəli faciəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımız işğala məruz qaldı. Xalqa dayaq olan rəhbərimiz olmadı. Ermənilərin törətdiyi vəhşiliklər mətbuatda işıqlandırılmırdı. Torpaqlarımıza hücum edən ermənilər təpədən-dırnağa sılahlandırılmışdı.
            Xocalı rayon Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin müdiri Səxavət Hüseynov Meşəli kəndində törədilmiş faciənin təəssüratlarını, hadisənin canlı şahidlərinın danışdıqlarından, danışdıqca onların səslərində açıq-aşkar bilinən hiss və həyəcanlarından duymaq olur. Səxavət Hüseynov çıxışının sonunda doğma torpaqlarımızı tezliklə düşmən tapdağından azad edəcəyimizə olan inamını vurğuladı.
            "Qarabağa aparan yol" qəzetinin baş redaktoru Əli Mahmud çıxışında düşmən üzərində qələbə çalmaq üçün bilikli, sağlam düşüncəli gənclərə ehtiyacımız oldğunu bildirdi. O, qeyd etdi ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün müasir informasiya texnologiyalarını və xarici dilləri şagirdlərimiz yaxşı mənimsəməlidir. Uşaqlar mill ruhda tərbiyə edilməlidir.
            Atanın, babanın uşaqlara ən böyük hədiyyəsi torpaq olmalıdır. Biz bu payı onlara verə bilmədik. Ona görə də bugünkü tədbirdə indiki nəsil önündə gözükölgəliyik.
            Yekun olaraq söz Xocalı rayon İHB-nın müavini, Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyevə verildi. Vahid Əliyev çıxışında bildirdi ki, əsrlər boyu Azərbayxan xalqının dinini, dilini, tarixini məhv etməyə çalışmışlar. Ancaq xalqımız müstəqillik yolunda öz əqidəsindən, iradəsindən dönmədi. Müstəqillik yolunda axıdılan qanlarımız hədər getmədi.
           Xain düşmənlərimiz Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım aktları keçirmişdir. Bu soyqırım aktlarından biri də Meşəli kəndində törədilmişdir.
            Erməni qəsbkarları tərəfindən doğmai yurd yerlərimizin işğal olunması ildönümünü orta məktəblərdə ona görə təşkil edirik ki, şagirdlər başımıza gətirilən müsibətlərdən xəbərdar olsunlar. Şagirdlər bütün dərslərini, o cümlədən tariximizi yaxşı oxumalıdırlar. Bizim ümidli gələcəyimiz savadlı gənclərdən asılıdır.
            Vahid Əliyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin sayəsində müstəqilliyimiz qorunub - saxlanılmışdır. Bu gün dövlətimiz etibarlı əllərdədir. Azərbaycan xalqı itirilmiş torpaqlarını mütləq bərpa edəcəkdir.
            Daha sonra məktəb şagirdləri Meşəli faciəsi haqqında və vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.
            Tədbirin sonunda 1991-ci ildə Meşəli faciəsindən bir müddət əvvəl Meşəlidə çəkilən videçarxdan fraqmentlər nümayiş etdirildi. Çəkiliş zamanı Meşəli sakinləri o vaxtkı səriştəsiz ölkə rəhbərliyindən kömək olunması istəyir. 
            Tədbir doğma torpaqlarımızın düşmən tapdağından azad edəcəyimiz günün arzusu və ümidilə yekunlaşdı.
         






















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib20 dəfə
    Meşəli kənd tam orta məktəbində "26 il Meşəlisiz" adlı tədbir keçirildi

    Maraqlı gələ bilər
    37
    24